Kombiler evlərdə və obeyktlərdə isti su və isinmə ehtiyacını ideal şəkildə qarşılayan əsasən qaz ilə işləyən bir cihazlardır.
Yüngül olması, asan quraşdırılması, səssiz işləməsi, az yer tutması, qiyməti və s digər xüsusiyyətləri kombilərin istifadəsini kütləviləşdirməkdədir.
Təxminən 90-cı illərdən etibarən ölkəmizdə mövcudluğunu az-az təmin etməyə başlayan kombilər, indiki illərdə demək olar ki, bir çox evlərdə öz funksiyasını yerinə yetirir.
1. Konvensional Kombiler
Konvensional Kombilərdə yanmış təbbi qazdan əmələ gələn zərəli qaz bir başa baca vasitəsi ilə çölə atılır. İlk baxışda normal görünə bilər bu proses. Ancaq, proses zamanı bacada 100 dərəcəyə yaxın istilik yaranır, bu da müəyyən mənada istilik və pul itkisidir. Texnologiyanın inkişafı ilə, artıq bacada yaranan bu istilikdən istifadə edilməyə başanılmışdır. Bu isə yoğuşmalı kombiyə keçid deməkdir.
Bacalı kombilər yanma zamanı lazım olan oksigeni ətrafdakı havadan təmin edir. Bu zaman yanmadan yaranan zərərli qaz mövcud baca ilə çölə buraxılır.
Onu da qeyd edək ki, bacalı kombilərdə bacanın təmizlənməsi və otağın havasının mütəmadi dəyişdirilməsi insan sağlamlığı üçün çox önəmlidir. Başqa sözlə, otağa dola biləcək zərərli qaz insan həyatının sonlanması ilə nəticələnə bilər.
Bu kombilərin baca sistemi qaz ilə işləyən su qızdırıcıların yəni pitiminutkaların baca sistemi ilə eyni ptinsiplə işləyir.
Bacalı kombilərin ən böyük mənfi cəhəti küləkli havalarda zərərli qazı içəri püskürtməsidir.
Bütün bu faktorlar və texnologiyanın inkişafı səbəbindən bacalı kombilərin istismarı yox deyiləcək səviyyədə azalmışdır.
Hermetik Kombiler fan vasitəsi ilə yanma üçün lazım olan oksigen çöldən təmin olunur və eyni zamanda yaranan zərərli qaz fanın köməyi ilə mövcud bacadan çölə buraxılır.
Sual yarana bilər ki bəs bir baca eyni anda necə həm oksigeni təmin edir və zərərli qazı çölə atır? Bunun səbəbi bu bacaların içi-içə keçmiş iki bacadan ibarət olmasıdır, yəni baca içində baca var. Biri oksigeni çöldən alır, digəri zərəli qazı çölə atır
Yeni nəsil kombiler olaraq da bilinən Yoğuşmalı kombilər, yanma zamanı yaranan zərərli qazların istiliyindən də istifadə etməkdədir.
Başqa sözlə yanma zamanı yaranmış zərərli qazı bir başa çölə atılmaz, onu öz içində yenidən dövriyəyə alır və istiliyindən istifadə edər.
Bəs burda məqsəd nədir: təbii ki, qaz sərfiyyatına qənaət və ətraf-mühiti qorumaq. Smart Term olaraq, biz də Yoğuşmalı Kombilərin satışına üstünlük verməkdəyik.
Avropada demək olar ki, rəsmi səviyyədə Yoğuşmalı Kombilərə keçid edilib, eyni zamanda Hermetik kombilər qadağan olunub.
Qardaş Türkiyədə də proses başlayıb, Yoğuşmalı kombilərin istehsalı və istismarı artmaqdadır. Bunların fonunda da Azərbaycanda da Yoğuşmalı kombilərə maraq artmaqdadır.
Qeyd: Bəzən Konvensional Kombilər Hermetik kombi kimi qeyd olunur. Əslində Konvensional və Yoğuşmalı Kombilər hər ikisi də hermetikdir. Çünki, movcud baca yanma üçün lazım olan havanı qəbul edir və eyni zamanda yanmadan sonra yaranmış zərərli qazı ixrac edir.
Bu səbəbdən də təkcə Konvensional Kombiləri hermetik deyə adlandıra bilmərik, yoğuşmalı kombilər də hermetikdir.
.
Ən son kampaniya və yeniliklərdən xəbər tutmaq üçün abunə olun!