[ti_wishlist_products_counter]
[ti_wishlist_products_counter]
Yardım Mərkəzi

Tez-tez Verilən Suallar

İstilik, soyutma, quraşdırma və servis barədə hər şey bir yerdə.

Şirkət haqqında
İstilik və soyutma sistemlərinin satışı, layihələndirilməsi, çatdırılması, quraşdırılması, texniki servisi və zəmanət dəstəyi xidmətlərini kompleks şəkildə təqdim edirik.
Bakı və ətraf ərazilər başda olmaqla Azərbaycanın müxtəlif şəhər və rayonlarına çatdırılma və quraşdırılma xidmətləri göstəririk.
Rəsmi məhsullar, peşəkar quraşdırma, zəmanət dəstəyi, layihələndirmə xidməti və satışdan sonrakı texniki dəstək — hamısı bir yerdə təqdim edirik.
Bəli. Fərdi evlərdən əlavə ofis, restoran, mağaza, anbar və digər kommersiya obyektləri üçün xüsusi həllər təqdim edirik.
Məhsul seçimi
Kombi seçimi evin sahəsi, istilik itkiləri, mərtəbə sayı və istifadə tələblərinə görə müəyyən edilir. Mütəxəssislərimiz uyğun modeli seçməyə kömək edir.
Otağın ölçüsü, günəş görməsi, tavan hündürlüyü nəzərə alınaraq uyğun BTU gücü hesablanır. Pulsuz məsləhət üçün bizimlə əlaqə saxlayın.
Dünyada tanınan və etibarlı istehsalçıların məhsullarını təqdim edirik. Bunlara daxildir: İmmergas, Baxi, DemirDöküm, Haier, AUX, Mitsubishi, Midea, Danfoss, ECA, Gree və s.
Mənzilin xüsusiyyətlərindən asılı olaraq radiator sistemi, isti döşəmə və ya kombinə edilmiş həllər tövsiyə edilə bilər.
Layihələndirmə
Bəli. Obyektin xüsusiyyətlərinə uyğun istilik və soyutma layihələri hazırlanır. Düzgün layihə enerji sərfiyyatını azaldır, sistemin effektivliyini artırır.
Kiçik obyektlər üçün mümkündür, lakin iri və mürəkkəb sistemlər üçün layihələndirmə mütləq tövsiyə olunur.
Bəli. Mütəxəssislərimiz obyektə baxış keçirərək ehtiyaclarınızı qiymətləndirir və ən uyğun həlli təklif edir.
Qiymətlər və ödəniş
Qiymət məhsul seçimi, obyektin xüsusiyyətləri və görüləcək işlərə əsasən hesablanır. Sorğu əsasında ətraflı kommersiya təklifi hazırlanır.
Bəli. Tərəfdaş banklar və kart proqramları vasitəsilə hissəli ödəniş imkanları mövcuddur. Kapital Bank və Home Finans BOKT ilə əməkdaşlıq edirik. Tək Şəxsiyyət vəsiqəsi ilə online rəsmiləşdirmə aparırıq.
Bəli. Sorğu əsasında ətraflı kommersiya təklifi təqdim olunur. Bunun üçün sadəcə obyektiniz barədə məlumat göndərin.
Xeyr. İşə başlamazdan əvvəl bütün xərclər şəffaf şəkildə müştəriyə təqdim edilir. Heç bir gizli ödəniş yoxdur.
Çatdırılma
Bəli. Məhsullar ünvanınıza etibarlı şəkildə çatdırılır. Azərbaycanın müxtəlif bölgələrinə çatdırılma mümkündür.
Məhsulun mövcudluğundan və yerləşdiyiniz bölgədən asılı olaraq dəyişir. Sifariş zamanı dəqiq müddət barədə məlumat verilir.
Bəli. Azərbaycanın müxtəlif bölgələrinə çatdırılma mümkündür. Konkret ünvanınız üçün bizimlə əlaqə saxlayın.
Sifarişin məbləğindən və ünvanından asılı olaraq dəyişə bilər. Dəqiq şərtlər sifariş zamanı menecer tərəfindən bildiriləcəkdir.
Quraşdırma
Bəli. Peşəkar montaj komandamız quraşdırmanı tam texniki standartlara uyğun həyata keçirir.
Bu, seçilən məhsul və kampaniyadan asılıdır. Kommersiya təklifi zamanı dəqiq məlumat verilir.
İşin həcmi və sistemin mürəkkəbliyindən asılı olaraq dəyişir. Standart quraşdırmalar adətən 1 iş günündə tamamlanır.
Bəli. Ehtiyac olduqda mövcud sistemin sökülməsi xidməti göstərilir.
Bəli. Sistem tam yoxlanılır və müştəriyə izahlı şəkildə təhvil verilir.
Zəmanət və servis
Bəli. Bütün məhsullar rəsmi zəmanətlə, görülən işlər də ayrıca zəmanətlə təqdim olunur.

BeeTech

Seeton

Flexy Projects

Moka Kids

Gala Group

NövBahar

İOSC

İnşaat Kommersiya

Green Plant

Azİmeti

APC

SMP

WhatsApp Dəstək!