1. Mənzilinizin həcmini, istilik itkisini nəzərə alın
Mənzilinizin həcmini çıxararaq, buna uyğun isə xüsusi qaydada istilik itkisini hesablayaraq kombi seçimi etməlisiniz. Çox vaxt gözə yarı edilir bu hesablama. Bu da ölkəmizdə havanın kəskin soyuq olmaması və tikilən evlərin demək olar ki, eyni formada və materialdan istifadə edərək tikilməsindən irəli gəlir. Amma hər halda kombi alarkən, alacağınız mağazadan bu barədə kömək istəyə bilərsiniz.
Smart Therm olaraq mənziliniz üçün ideal hesablama apararaq, ideal kombi seçimi etmənizdə kömək edə bilərik.
2. Binanızın xüsusiyyətlərinə baxın
Binanızın xüsusiyyətlərini deyəndə, binanızda baca çıxışının olub olmadığını yoxlayın. Əgər baca çıxışı yoxdursa sadə bacalı, başqa sözlə hermetik bacalı olmayan kombilərdən istifadə edə bilməzsiniz. Adətən bina evlərində bacalar təmizlənmir, bu halda hermetik bacalı kombilər köməyinizə çatacaqdır.
3. Ucuz kombilərə çox da yönəlməyin
Çünki ucuz olduğu üçün aldığınız kombilər bəzən gözləntilərinizi tam ödəməyə bilər. Davamlı olaraq nasazlıq göstərə bilər. Bu halda siz dayanmadan usta çağırar, yeni kombi hissələri almaq məcburiyyətində qalarsınız.
Onu da qeyd edək ki, bahalı kombi də hər zaman düzgün seçim olmaya bilər. Bu zaman diqqət etməniz gərəkən, bu kombinin Servis Xidməti olub-olmamasını araşdımaqdır. Sonra isə ehtiyyat hissə təminatının vəziyyətini öyrənmək lazımdır. Bu hal əslində kombinin ucuz və ya baha olmasından aslı olmayaraq hər zaman nəzərə alınmalıdır.
4. Yaxın ətrafınızdan soraqlaşın.
Tanışlarınız arasında mütləq kombi istifadə edənlər var. Qohumlarınızdan alacağınız məlumatlar kombi seçiminizə istiqamət verə bilər. Çünki kombi istifadə edən yaxınlarınız bu yolu keçiblər və kombi seçimi öncəsi nə etmək lazım olduğunu bilirlər.
5. Bu mövzuda araşdırma aparmağı laqeyd yanaşmayın.
Etdiyiniz hər bir araşdırma vaxt itkisinə deyil və düzgün seçimə səbəb olacaqdır. Ona görə də kombi almadan əvvəl kombi marka və modellərini araşdırın. Bu sayədə mənzilinizə uyğun və gözləntilərinizi qarşılaya biləcək kombini ala bilərsiniz.
Əgər kombi seçimində çətinliyiniz olarsa, Smart Therm olaraq sizə peşəkar xidmət göstərməyə hazırıq. Yuxarıda sadaladığımız nüanslar və daha çoxunu nəzərə alaraq sizə Kombi seçimində kömək edəcəyik.