isti pol və ya Yerdən isitmə sistemləri barədə sizə qısa bir məlumat vermək istədik. Niyə məhz isti pol?
Evimizə və ya ofislərimizə stilik sistemi çəkərkən, Radiator sistemi yoxsa Yerdən isitmə sisteminə deyə çox düşünürük son zamanlar. Bu mövzuda heç də yanılmırıq, çünki avropa ölkələri demək olar ki, artıq isti döşəmə ilə isinməyə üstünlük verməkdədilər.
İlk öncə onu deyək ki, istilik sistemi çəkdirmək fikrinə düşmüsünüzsə, bir mütəxəssisə mürəciət edin. Çünki evinizin şəraiti və ya imkanlarına görə məcbur seçimlər qarşısında qala bilərsiniz. Belə deyək, isti döşəmə sistemləri üçün lazım olan tempratur Kombidə 40-50 dərəcə aralığıdır. Bundan yuxarısı artıq diskomfort yaradar insanda.
Bununla yanaşı döşəməyə zaman içində ciddi ziyan ola bilər. Və bu zaman sizin evinizn istilik itkisi yerdən isitmə ilə təmin olunma gücündə deyilsə, məcbur radiator sisteminə də müraciət edə bilərsiniz. Bu tək başına radiator sistemi də ola bilər, ikisi eyni anda da ola bilər, yəni radiator sistemi ilə yanaşı isti döşəmə sistemi. Odur ki, mütəxəssis rəyi çox önəmlidir. Ölkəmiz isti döşəmə üçün çox əlverişli bir regiondur. Dağlıq və ya daha sərt qışa malik rayonlarımız istisna oluna bilər.
İsti hava kütləsinin yuxarı qalxdığını bilirik, yerdən isitmə zamanı yerdən qalxan istini bir başa hiss edərək daha tez isinməni təmin etmiş oluruq. Bu da eyni zamanda qaz sərfiyyatına və enerjiyə qənaət deməkdir.
Çünki radiatorlarda kombi 70-80 dərəcədə işləməyə məcbur olduğu halda, yerdən isitmə zamanı 40-50 dərəcə kifayət edir. Həmçinin, Enerjiyə qənaət baxımından yerdən isitmə sistemi yoğuşmalı kombi ilə təhciz olunduqda çox optimal seçim olacaqdır.
Belə ki, Yoğuşmalı kombilərin qaz sərfiyyatı üçün ideal dərəcə aralığı 40-50 dərəcələr aralığıdır. Bu rəqəmlər sizə nəyi xatırlatdı? Əlbətdə ki, isti polun kombi üçün ideal dərəcə aralığını. İndi təsəvvür edin, isti döşəməni yoğuşmalı kombi ilə dəstəkləsək nə qədər qənaət etmiş olarıq.
Düzdür, İsti pol sistemi və Yoğuşmalı kombilər baha başa gəlir ayrı ayrılıqda. Ancaq müəyyən müddətdən sonra qənaət etmiş olduğunuz pullar sayəsində, bu xərci çıxaracaqsınız.
İsti pol sistemində ən böyük mənfi cəhət, sistemdə baş verə biləcək nasazlığın, evin təmirinə bir başa təsiridir. Döşəmədə betonun altında olan isti döşəmə sistemi, nasazlıq zamanı sizi xərcə və əziyyətə sala bilər. Amma və lakin, isti döşəmə sistemini çəkərkən, keyfiyyətli materialdan istifadə bu kimi halları sıfıra bərabər etməkdədir. Ümumiyyətlə İstilik sistemləri çəkərkən, əsasəndə isti döşəmə sistemində keyfiyyətdən qaçınmayın. Ucuz materiallara yaxın belə düşməyin.
Smart Therm özü İstilik sistemləri və Santexnik təcrübəsi ilə sizlərə bu sektorda professional xidmət göstərməyə hazırdır. İstər isti pol, istər radiator sistemi istərsə də santexnika üzrə, xidmətinizdəyik!
Ən son kampaniya və yeniliklərdən xəbər tutmaq üçün abunə olun!