Əgər istilik sisteminin çəkilməsi ilə bağlı Kombi axtarışına çıxmısınızsa, mütləq və mütləq Esanjor termini ilə rastlaşacaqsınız. Belə ki, mağazalara girib kombi qiymətləri ilə maraqlanan zaman satıcılar sizə həm Tək Esenjorlu kombinin, həm də Cüt esenjorlu kombinin qiymətlərini deyəcəklər. Əslində çox bəsit olmasına baxmayaraq bəzən qəliz izahlarla satıcılar fikirlərinizi bulandıracaqdır.
Və maraqlısı odur ki, bir çox satıcılar Esanjorun kombi daxilində hansı funksiyanı yerinə yetitdiyini tam olaraq bilmirlər. Müştəri sual verdikdə isə, nəticədə yanlış məlumat verirlər. Bu hal isə sizə düzgün kombi seçimində heç də köməklik etməyəcəkdir.
Kombilərin hamısında esanjor olur. Bu ümumi esanjora “ana esanjor” deyirlər. İkinci esanjoru olan kombilərdə isə bu ikinciyə, “bala esanjor” deyirlər el arasında. Həmçinin Kombidə bir esanjor olarsa bu kombiləri tək esanjorlu kombi adlandırırlar. İki esanjor olarsa isə, cüt esanjorlu kombi adlandırırlar.
Bəs nədir bu Esanjor, niyə kombilərin bəzilərində bir ədəd olur, bəzilərində iki ədəd, yəni cüt? Esanjor termini bizə Türkiyədən gəlib. Avropada isə esanjora ingiliscə Exchanger deyilir. Belə baxanda ingilis versiyası esanjorun mahiyyətini daha aydın ifadə edir. Exchanger dəyişdirici deməkdir və Esanjor yəni Exchanger kombidə istilik dəyişdirici rolunu oynayır.
Daha da açsaq mövzunu, deyə bilərik ki, Esanjorun 2 cüt, yəni 4 dəliyi olur. Birinci dəlikdən isti su girib, əlaqəli olduğu ikinci dəlikdən çıxır. Digər 3-cü dəlikdən girən soyuq su isə əlaqəli olduğu 4-cü dəlikdən çıxmalıdır və çıxır. Lakin burda nə baş verir? Birinci və ikinci dəlikdən keçən radiator suyu, üçüncü və dördüncü dəlikdən keçən soyuq su ilə heç vaxt qarışmır. Nəticədə güclü istilik ötürücülüyə malik olan bu esanjor, bir-birinə qarışmayan bu iki fərqli tempraturda olan suların, birinin digərinə istiliyini ötürməsi ilə soyuq suyu qızdırır. Başqa sözlə, radiatorlara gedən isti su, ikinci esanjor vasitəsi ilə həmçinin məişət suyunu da qızdırır.
ikinci esanjor vasitəsi ilə isinən məişət suyu bir başa isinməyə məruz qalmır, isti radiator syunun təsiri ilə qızır və yüksək tempratur yaranmır. Yəni insan bədəni üçün uyğun tepuratur olur ki, bu zaman yanmadan, xəsarətdən söhbət gedə bilməz.
Tək esanjorlu kombi də isə, məişət suyu radiator suyu ilə birgə bir başa isinməyə məruz qalır. Kombinin yanma otağındakı yanan qaz, bir başa məişət suyunu da qızdırır. Nəticədə, radiator işləyən zaman məişət suyu ana esanjorda yanma otağında gözləmə rejimində olur. Bu zaman isə esanjorun içində sabit qalan məişət suyu 100-200 dərəcə aralığında isinə bilir. İnsan bədəni üçün yandırıcı və xəsarət vericidir yaranmış tempratur. Anidən krantı açarkən, əlimizi və bədənimizi şiddətli şəkildə yandıra bilərik.
İnsan sağlamlığı baxımdan cüt esanjorlu kombilərə üstünlük verilə bilər. Cüt esanjorlu kombilərin mənfi cəhəti, onun nisbətən baha olması, içərisində 2-ci esanjor səbəbindən əlavə detalların olması və bunları sıradan çıxma ehtimalının daha çox olması və sairdir.
Ən son kampaniya və yeniliklərdən xəbər tutmaq üçün abunə olun!