Kondisioner Sistemləri
Evlər, Ofislər, Villalar üçün Split və Multi-Split kondisionerlərinin peşəkar layihələndirilməsi və sərfəli şərtlərlə satışı.
Məsləhət AlınSplit Kondisioner
Kiçik ölçülü evlər və Ofislər üçün Split Kondisioner Sistemləri tam professional təşkili.
Multi-Split Kondisioner
Tək bir xarici bloka bağlanan bir neçə daxili blokdan ibarət Multi-Split kondisioner sistemləri
Layihələndirmə və Satış
Müasir Kondisioner sistemlərinin layihələndirməsi və ehtiyaca uyğun kondisioner sisteminin seçilməsi.
Quraşdırma və Zəmanət
Pulsuz Çatdırılma ilə yanaşı Peşəkar Quraşdırma, 3 Metr Mis Boru, Çöl Blok Dayaqları, Vakum və 1 ildən 3 ilə-dək Zəmanət.







NECƏ İŞLƏYİRİK?
Müraciət Qəbulu
Tələblərinizi diqqətlə dinləyir, qeydlər aparır və ilkin məlumatları sizdən aldıqdan sonra hazırlıq işlərinə başlayırıq.
Baxış & Layihələndirmə
Məkana yerində (və ya online) baxış keçirilir, BTU gücü hesablanır, layihələndirmə və smeta hazırlanır.
Quraşdırma
Peşəkar komandamız quraşdırma işlərinə texniki standartlara uyğun şəkildə həyata keçirir və prosesi nəzarətdə saxlayır.
Təhvil-Təslim
Kondisioner Sistemi test olunur, işlək vəziyyətdə müştəriyə təhvil verilir, istifadə qaydaları və zəmanət şərtləri izah edilir.
Doğru Kondisioneri Necə Seçməlisiniz?
Səhv BTU Seçiminin Riskləri
Ev və ya ofisiniz üçün kondisioner alarkən sadəcə kvadratmetrə baxmaq kifayət deyil. Təsadüfi edilən seçimlər ciddi problemlər yaradır:
-
Zəif BTU seçimi: Kondisioner daimi olaraq tam güclə işləyir, məkanı soyuda bilmir və elektrik xərcləri kəskin artır.
-
Ehtiyyacdan artıq BTU: Cihaz tez-tez açılıb-bağlanır (yanıb-sönür), otağın rütubətini balanslaşdıra bilmir və komfort pozulur.
-
Səhv quraşdırılma yeri: Yanlış nöqtəyə montaj edilən daxili bloklar havanı birbaşa üzərinizə vuraraq narahatlıq və xəstəliklərə yol açır.
Smart Therm ilə Doğru Seçim
Kondisioner satın almadan öncə məkanınızı ətraflı analiz edir, büdcənizə və real ehtiyaclarınıza ən uyğun sistemi təyin edirik:
-
Mühəndislik hesabatı: Binanın istiqaməti, izolyasiyası, şüşə sahəsi və məkandakı insan sayına görə xalis BTU hesabı aparırıq.
-
Sistem seçimi: Birdən çox otaq üçün çöl fasadda yer tutmayan və vizual görünüşü pozmayan Multi-Split sistemləri layihələndiririk.
-
Estetik montaj: İnteryer dizaynına xələl gətirmədən, cihazın ən səssiz və effektiv işləyəcəyi optimal nöqtəni müəyyən edirik.
KONDİSİONER HƏLLƏRİ
Split tip Kondisoner
Məkanınızın memarlığına və interyerinə uyğun olaraq, hvac standartları çərçivəsində peşəkar Layihələndirmə və satış dəstəyi.
Multi-Split Kondisionerlər
Böyük evlər, ofislər və villalar üçün vahid xarici blokla çoxsaylı otaqların mükəmməl iqlimləndirilməsi layihələndirilməsi və satışı.
Kaset tipli Kondisionerlər
Böyük məkanlar, iş yerləri, villalar üçün ideal olan Kaset tipli kondisonerlərin layihələndiirlməsi və satışı tərəfimizdən həyata keçirilir.
Layihələndirmə və Satış
Split, Multi-Split tip kondisionerlərin alışı-satışı düşünüldüyü qədər sadə bir proses deyil. Smart Therm olaraq biz bu işə peşəkar yanaşırıq.
Kondisioner BTU Gücü Hesabla
Split Kondisioner Almadan Öncə Bilməniz Gərəkənlər
Split kondisioner ilə multi-split arasındakı əsas fərq nədir?
Müntəzəm split kondisioner sistemində hər bir daxili blok üçün çöldə mütləq bir ayrıca xarici blok quraşdırılmalıdır. Multi-split sistemlərdə isə cəmi bircə güclü xarici bloka 2, 3, 4 və ya 5-dək fərqli daxili blok bağlamaq mümkündür. Bu, xüsusilə bina fasadında yer məhdudiyyəti olduqda və vizual görünüşü qorumaq istədikdə ən ideal premium həlldir.
Kondisionerin neçə BTU olması lazım olduğunu necə hesablaya bilərəm?
Sadələşdirilmiş hesabla hər 10 kvadratmetr sahə üçün təxminən 1000 BTU güc lazımdır (məsələn, 30 m² üçün 9000 və ya 12000 BTU). Lakin tam doğru mühəndislik hesabı üçün otağın tavan hündürlüyü, pəncərələrin sahəsi, günəş düşmə istiqaməti, məkandakı insan sayı və istilik yayan cihazlar mütləq nəzərə alınmalıdır. Smart Therm olaraq məkana yerində baxış keçirib xalis hesablama aparırıq.
İnverter kondisioner həqiqətən elektrik enerjisinə qənaət edirmi?
Bəli, tamamilə doğrudur. Klassik (On/Off) kondisionerlər təyin olunmuş dərəcəyə çatanda tam dayanır və yenidən işə düşərkən yüksək cərəyan çəkir. İnverter modellər isə hədəf temperatura çatdıqda sönmür, sadəcə mühərrikin dövriyyəsini minimuma endirərək sabit sürətdə işləməyə davam edir. Bu texnologiya elektrik enerjisinə 30%-dən 50%-ə qədər real qənaət təmin edir.
Kondisionerə hansı sıxlıqla texniki qulluq (baxım) olunmalıdır?
Kondisionerlərin daxili blokundakı toz filtrlərini istifadə intensivliyindən asılı olaraq 2-3 həftədən bir özünüz çıxarıb yuya bilərsiniz. Lakin cihazın daxili qaz təzyiqinin yoxlanılması, radiatorların antibakterial təmizliyi, drenaj xəttinin dezinfeksiyası və ümumi professional texniki qulluq ildə ən azı 1 dəfə (idealı mövsüm başlamazdan əvvəl, yaz aylarında) mütəxəssis tərəfindən həyata keçirilməlir.
Multi-split sistem ilə VRF sistemi arasında nə fərq var?
Hər iki sistem bir xarici bloka çoxlu daxili blok bağlamağa imkan versə də, miqyas və idarəetmə fərqlidir. Multi-split sistemlər kiçik-orta miqyaslı (maksimum 5 daxili bloklu mənzil, villa və ofis) sahələr üçün nəzərdə tutulub və hər daxili bloka ayrıca boru çəkilir. VRF (və ya VRV) sistemləri isə tək bir xarici blokla onlarla daxili bloku idarə edə bilən, böyük biznes mərkəzləri, otellər və rezidensiyalar üçün uyğun olan daha mürəkkəb mühəndislik sistemidir.
R32 və R410A soyuducu qazları arasındakı fərq nədir?
R32 yeni nəsil, ekoloji cəhətdən tamamilə təmiz və daha effektiv freondur. O, R410A qazına nisbətən qlobal istiləşmə potensialını (GWP) 68% daha azaldır və təxminən 10% daha yüksək enerji səmərəliliyi təmin edir. Eyni zamanda R32 istifadə edən kondisionerlər daha az qaz miqdarı ilə daha çox soyutma performansı göstərir. Smart Therm olaraq yeni layihələrdə ekoloji təmiz R32 modellərinə üstünlük veririk.
Kondisioner isitmədə də istifadə edilə bilərmi, elektrik qızdırıcısından üstünlüyü nədir?
Bəli, müasir inverter kondisionerlər qış aylarında (hətta çöldə mənfi dərəcələrdə) çox effektiv isitmə təmin edir. Əsas üstünlüyü qənaətdir: standart bir elektrik sobası (spiral və ya yağlı radiator) şəbəkədən çəkdiyi 1 kW elektrik enerjisini maksimum 1 kW istiliyə çevirir. İnverter kondisionerlər isə istiliyi elektrikdən istehsal etmir, çöldəki havanın temperaturunu evə ötürür (istilik pompası prinsipi). Bu səbəbdən 1 kW elektrik sərfiyyatı qarşılığında məkana 3-4 kW-a qədər istilik enerjisi verir, yəni adi sobalardan 3-4 dəfə daha qənaətcildir.
Kondisioner montajı neçə saat çəkir, evə zərər verirmi?
Standart bir split kondisionerin peşəkar montajı məkandan asılı olaraq təxminən 2-3 saat çəkir. Smart Therm mühəndis qrupu divarın deşilməsi prosesində xüsusi tozsoranlı alətlərdən istifadə etdiyi üçün evinizdə toz və ya tikinti tullantısı qalmır. İnteryerinizə, divar kağızına və ya mebellərinizə heç bir xələl gəlmədən, təmiz, estetik və zəmanətli quraşdırılma təmin olunur.
Bizə ətraflı yazın!
Məkanınız Üçün Ən Doğru Kondisioneri Birlikdə Seçək
Məkanınızın kvadratmetrinə və istilik itkisinə ən uyğun BTU tutumunu ekspert komandamız təyin etsin. Enerji qənaətli və səssiz sistemlər üçün ödənişsiz kəşfiyyat üstünlüyündən bu gün yararlanın.